1912-ci ildə "Titanik" gəmisinin toqquşaraq batdığı aysberqi yaratmış nəhəng "Yakobshavn" buzlağı sürətlənib. O, sürətlə əriyir, gündə 46 metr sürətlə hərəkət edir.Alimlərin dediklərinə görə, buzlağın sürəti 1990-cı illərlə müqayisədə 4 dəfə artıqdır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Yakobshavn" Qrenlandiya adasındakı buz örtüyünün 6,5 faizini "həzm" edir. Bu isə dənizlərdə suyun səviyyəsini ildə 1 millimetr artırır.
Alimlərin hesablamalarına görə, "Yakobshavn" qeyri-stabil vəziyyətdə olduğundan onun sürəti vaxt keçdikcə artacaq və daha sürətlə əriyəcək.
Qrenlandiyanın cənub-qərbindəki bu buzlağın ildə 17 kilometr sürətlə hərəkət etdiyini Vaşinqton universiteti və Almaniya Kosmik Agentliyinin (DLR) əməkdaşları ölçüblər.
"Bu buzlağın sürətinin 1990-cı illərlə müqayisədə 4 dəfə artdığının şahidiyik. "Yakobshavn" indi Qrenlandiyanın ən sürətli buzlağına çevrilib", - araşdırmaların rəhbəri Yan Yoqin deyib.
"Yakobshavn" buzlağı Qrenlandiyadakı bütün asyberqlərin 10 faizinin "atası" sayılır.
Və o, ilbəil əriyərək Qrenlandiyanın daxilinə doğru hərəkət edir.
Mənbə: Milli.Az