Komissiyadan Trend-ə verilən məlumata görə, 2013-cü ildə keçirilən qəbul imtahanlarında Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
Bakıda 2013-cü ildə abituriyentlərin 25,28 faizi 0-100, 21,46 faizi 100-200, 18,75 faizi 200-300, 24,04 faizi 300-500, 10,47 faizi 500-dən yuxarı bal toplayıb. Beləliklə, şəhər abituriyentlərinin 34,51 faizi 300-dən yuxarı bal toplayıb. Bakının attestat qiymətləri əla olan abituriyentlərindən 3,30 faizi 200 baldan az nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlərin sayı isə cəmi 51,74 faiz olub.
Mənbə: Milli.Az