Qadin.NET / Doğum günün mübarək, Facebook!

Doğum günün mübarək, Facebook!

 

Milli.Az-ın Musavat.com-a istinadən məlumatına görə, bu müddət ərzində Facebook aylıq 1,23 milyard istifadəçi auditoriyası ilə dünyanın ən böyük sosial şəbəkəsinə çevrilib.Facebook-un rəhbəri Mark Sukerberq sosial şəbəkəni Harvard Universitetinin tələbələri arasında ünsiyyət üçün yaradıb. Lakin tezliklə onun üstünlüklərini əvvəlcə başqa universitetlərin tələbələri, sonra şagirdlər, daha sonra isə bütün dünyadan olan istifadəçilər dəyərləndirməyə başlayıblar.10 il ərzində Facebook istifadəçiləri 200 milyarddan çox virtual dostluq əlaqəsi qurublar. 2009-cu ildə Facebook sosial şəbəkələr arasında ilk dəfə Like düyməsini istifadəyə verib. İndi bu düymədən gün ərzində 6 milyard dəfədən çox istifadə edilir.

Mənbə: Milli.Az

 

4 fevral 2014
GO BACK