Atmosfer təzyiqi normadan xeyli yüksək 779 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcəkdir. Gecə və səhər yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
Havanın temperaturu gecə 11-16° şaxta, dağlıq ərazilərdə 18-20° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 4-9° şaxta təşkil edəcək.Yollar buz bağlayacaq.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq.
Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində, əsasən, yağmursuz olacaq, lakin ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta təşkil edəcək.Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 6-dək Abşeron yarımadasında gözlənilən soyuq diskomfort şərait meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.
Mənbə: Milli.Az