Qadin.NET / Tanış olun: BMW 4-Series Gran Coupe

Tanış olun: BMW 4-Series Gran Coupe

 

Tanış olun: BMW 4-Series Gran Coupe
Bavariya avtoistehsalçısı yeni dördqapılı BMW 4-Series Gran Coupe modelini rəsmən məxfilikdən çıxartdı. Onun tammiqyaslı dünya debütü martda Genevrə avtosalonunda olacaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, daha əvvəl bildirildiyi kimi model adi kupe ilə eyni uzunluğa (4638 millimetr), enə (1825 millimetr) və təkər bazasına (2810 millimetr) malikdir, amma onun hündürlüyü 12 millimetr artırılıb.BMW 4-Series Gran Coupe mühərrik qammasını 3-Series sedan və 4-Series Coupe ilə paylaşır. ABŞ-da yeni model 244-güclü 2,0-litrlik dörd silindrli 435i və 305-güclü 3,0-litrli altısilindrli mühərriklərlə təklif ediləcək. Avropa bazarında həmçinin 2,0-litrlik 184-güclü dörd silindrli və iki modifikasiyada 2,0-litrlik turbodizel - 418d (143 a.g.) və 420d (184 a.g) təklif ediləcək. Avropa üçün yaxın gələcəkdə dizel versiyaları daha çox olacaq.BMW 4-Series Gran Coupe-nin Birləşmiş Ştatlarda qiyməti 428i variantı üçün $41 225 olacaq. Tamötürücülü 428i xDrive $42 225 başa gələcək. Amma 435i zirvə modeli – $46 725 olacaq. Yeganə mümkün transmissiya – 8 diapazonlu avtomatdır.

 

 

Tanış olun: BMW 4-Series Gran Coupe

 

 

Mənbə: Milli.Az

4 fevral 2014
GO BACK