Qadin.NET / Robotlar üçün park tikiləcək

Robotlar üçün park tikiləcək

 

Cənubi Koreyanın İnçhon şəhərində robotlara həsr edilmiş tematik park tikiləcək. Burada stilləşdirilmiş Amerika attraksionları, akvapark, içərisində üzən robot balıqlar olan okeanarium yerləşəcək. Ziyarətçilər, həmçinin hərəkət edən nəhəng heykəlləri izləyəcəklər. Yaxınlıqda, həmçinin elmi tədqiqat mərkəzi olacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, parkın tikintisinin 2016-cı ilədək başa çatdırılacağı gözlənilir. Layihənin dəyəri 625 milyon dollar məbləğində qiymətləndirilir. Layihə təşəbbüskarlarının sözlərinə görə, bu, robotlara həsr edilmiş dünyanın birinci parkı olacaq. Onun sahəsi 1,3 milyon kvadratmetr təşkil edəcək.
Mənbə: Milli.Az
3 fevral 2014
GO BACK