Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Soltan oğlu Bağırova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Mustafa oğlu Qasımova gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin".
Mənbə: Milli.Az