BMW markası avtomobillərinin son şəkilləndirilməsi üzrə ixtisaslaşan Lumma Design alman kökləmə-şirkəti yeni i3 və i8 modelləri üçün gələcək kökləmə paketlərinin tizerlərini təqdim edib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, yığcam elektrokar və hibrid sportkar kuzov üçün aerodinamik komponentlər, iri diametrli təkərlər və dekorativ aksessuarlar dəsti alacaq. İnteryerləri fərdiləşdirməyə və avtomobillərin texniki hissəslərini təkminləşdirməyə imkan verən əlavə detalların ola biləcəyi ehtimalı haqqında heç nə deyilmir.
Mənbə: Milli.Az