Bahalı və sürətli avtomobilləri sevən isveçli dağ xizəkçisi Con Olsson öz yeni - Audi RS6 Avant praktik sportkarını təqdim edib.Milli.Az 4charx.com-a istinadən bildirir ki, maşın fərdi sifariş üzrə Stertman Motorsport şirkətinin mütəxəssisləri tərəfindən köklənib və sahibinin sözlərinə görə bu onun bu vaxtadək olan bütün avtomobilləri arasında ən yaxşı avtomobildir. "Qaynar" universal ona standart modellərin fonunda seçilməyə imkan vermiş sadə texniki və kosmetik tamamlamalar əldə edib.
Mənbə: Milli.Az