Qadin.NET / İki qolu olmayan qız: "İradə hər şeydir"

İki qolu olmayan qız: "İradə hər şeydir"

 

Amerikalı Cessika Koksun dünən 31 yaşı tamam oldu. Dünyaya iki qolu olmadan gələn Cessika əlil olmasına rəğmən normal insanların çoxunun belə, cəsarət etməyəcəyi və ya bacarmayacağı işlərin öhdəsindən gəlir.Milli.Az AHT-yə istinadən bildirir ki, 1983-cü ildə ABŞ-ın Arizona ştatında doğulan Cessikanın valideynləri qızlarının iki qolunun olmadığını biləndə şoka düşmüşdülər.
Anası əndişə içindəydi, çünki qızının təkbaşına həyatda qala bilməyəcəyini düşünürdü. Fəqət, Cessika səbatlı qızdı.
"Başqalarının əlləri ilə etdiklərini ayaqlarımla etməyi öyrəndim" deyən Cessika indi nələr bacarmır ki. Maşın sürür, pilot lisenziyası alandan sonra təyyarə idarə edir, piano çalır, şirkət və məktəblərdə motivasiya dərsləri deyir.
"10 yaşım olanda taekvondo ilə məşğul olmağa başladım, 4 il sonra qara kəmər aldım. 13 yaşımda protezlərdən imtina etdim. Protezlər sanki məni insanlıqdan çıxarırdı, bacardığım işləri gerçəkləşdirmək imkanlarından məhrum edirdi. Ümumiyyətlə, insanın özünü qurban, zəif olaraq görməsi asandır. Amma atamla anam məni özümü əsla, heç bir zaman qurban saymamağımı düşündürərək tərbiyə etdilər. Mənim kimi insanları əlil sayırlar. Yanlış düşüncədir. Tam normal həyat yaşayıram", - Cessika Koks deyib.
Məbə: Milli.Az

 

3 fevral 2014
GO BACK