Qadin.NET / Planşetə çevrilə bilən xrombuk

Planşetə çevrilə bilən xrombuk

 

Liliputing nəşri yazır ki, Lenovo şirkəti ThinkPad Yoga 11e Chromebook kompüterini təqdim edib. Qurğu Chrome OS əməliyyat sistemi ilə işləyən və transformerlər (planşetə çevrilə bilən noutbuk) sinfinə aid birinci qurğudur.Milli.Az ICTnews-a istinadən bildirir ki, ənənəvi noutbuklar ThinkPad Yoga iki elementdən ibarətdir: ekran qapağı və klaviaturadan ibarət blok, həm də qapağı 360 dərəcə fırlatmaq olar.Qurğu 11.6 düym diaqonallı sensor ekranla təchiz edilib.Lenovo şirkəti qurğunun texniki xarakteristikalarını açıqlamayıb, yalnız dəqiqləşdirib ki, cihaz x86 arxitekturalı Intel prosessoru ilə təchiz edilib. Chrome OS həm də ARM prosessorları ilə təchiz edilmiş qurğularda işləyə bilər.Chrome OS brauzer üzərindən işləyən əməliyyat sistemidir. Onun əsas elementi Chrome brauzeridir.
Mənbə: Milli.Az

 

3 fevral 2014
GO BACK