Trend xəbər verir ki, dəyişikliklərlə bağlı qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq qəbul edilib.Dəyişikliklər barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha torpaq sahəsi müvafiq qanuna əlavə edilən xəritələrə uyğun olaraq, Bakı şəhəri, Xəzər rayonu, Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.Onun sözlərinə görə, Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi Bakı şəhəri, Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxilə ediləcək: "Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri, Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri, Pirallahı rayonunun tabeliyinə veriləcək".
Mənbə: Milli.Az