Qadin.NET / FİFA klubumuzu sərt cəzalandıra bilər

FİFA klubumuzu sərt cəzalandıra bilər

 

FİFA “Bakı” klubuna sərt şəkildə cəzalandıra bilər. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin ukraynalı sabiq futbolçusuRuslan Leviqa ilə bağlı FİFA Mübahisələrin Həlli Palatasının tələbini yerinə yetirməməyidir.
Belə ki, ali futbol qurumu ötən ilin iyun ayında “Bakı” klubunun hazırda “Neftyanik-Ukrneft”in şərəfini qoruyan sabiq üzvünə olan borcunun, həmçinin məvacibi gecikdirdiyi üçün əlavə faiz ödənilməsi ilə bağlı qərar qəbul edib. Lakin “zolaqlılar” bu tələbi yerinə yetirmədiklərindən, Leviqanın agenti Andrey Bileyçuk bununla bağlı Palatanı məlumatlandırıb.
Rusiyalı həmkarlarımızın iddiasına görə, yaxın vaxtlarda “Bakı” klubu sərt şəkildə cəzalandırılacaq. Belə ki, paytaxt təmsilçisinin hesabından xal silinəcək və növbəti 2 “transfer pəncərəsi” zamanı futbolçu alınmasına qadağa qoyulacaq.
Qeyd edək ki, Ruslan Leviqanın “Bakı” karyerası uzun olmayıb. O, 2011-ci ildə transfer olunduğu komandada 6 ay keçirib və baş məşqçi Aleksandr Starkovun istəyi ilə göndərilib.
Mənbə: Milli.Az

 

3 fevral 2014
GO BACK