Qadin.NET / Moskva Open 2014 festivalı keçirilir

Moskva Open 2014 festivalı keçirilir

 

Fevralın 1-də Moskva şəhərində “Moskva Open 2014” beynəlxalq şahmat festivalı start götürüb. Festival A (kişilər), B (qadınlar), C (həvəskarlar), D (həvəskarlar), E (şahmat bəstəçiliyi), F (tələbələr-oğlan), G (tələbələr-qız), H (məktəblilər) turnirlərindən ibarət olaraq keçirilir. Ümumilikdə 25-ə qədər ölkədən 800-dən artıq şahmatçı qələbə uğurunda mübarizə aparırlar.Ölkəmizi beynəlxalq qrossmeyster Ülvi Bacarani (F turniri), FİDE ustası Günay Məmmədzadə (B turniri), Səbuhi Xosrovov, Altay Eynullayev və Atilla Eynullayev (C turniri) təmsil edirlər.2-ci turdan sonra Günay Məmmədzadə aktivinə 2 xal yazaraq liderlər qrupundadır. Ülvi Bacaraninin aktivində isə 0.5 xal var. Uşaqların turnirində iştirak edən şahmatçılarımız isə hələlik xal toplaya bilməyiblər.Festival İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və fevralın 10-da başa çatacaq.

Mənbə: Milli.Az

 

3 fevral 2014
GO BACK