Qadin.NET / Bu gün 14 dərəcə şaxta olacaq

Bu gün 14 dərəcə şaxta olacaq

 

 

 Fevralın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 7-12 dərəcə, yarımadanın bəzi ərazilərində 14 dərəcəyədək şaxta, gündüz 0-3 dərəcə şaxta, Bakıda gecə 8-10 dərəcə, gündüz 1-3 dərəcə şaxta təşkil edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yollar buz bağlayacaq.Azərbaycanın əksər rayonlarında fevralın 3-də gündüz əsasən yağmursuz hava şəraiti olacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Yollar buz bağlayacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında isə arabir qar yağacağı gözlənilir. 

Mənbə: Lent.Az

 

 

 

3 fevral 2014
GO BACK