Arizonada «Meatball» («Şarət») adlı pişik «dünyanın ən gonbul pişiyi» adına namizəddir. Lent.Az-ın Rusiya «NTV»-sinə istinadən məlumatına görə, onun çəkisi 3 yaşlı körpəninki qədərdir. Yiyələri «Meatball»-un bu vəziyyətə düşməsinə sevinmir, eləcə də onun bu halını yaxşı saymaq olmaz.Hazırda bu pişiyin 4 yaşı var. İndiyə kimi o, bir neçə evdə yaşayıb.Sahiblərindən birinin onu insana yaraşmayan həddədək yedirtdiyi ehtimal olunur.Hazırda «Meatball»-ın çəkisi 17 kq-dır.Bu çəkisinə görə, sahibləri ondan imtina edib və heyvan sığınacağına veriblər.Sığınacağın əməkdaşları bu pişiyi pəhriz «oturdaraq»,bildiriblər ki, hələlik onu yad əllərə vermək istəmirlər.
Mənbə: Lent.Az