Bu gün səhər İsmayıllı rayonunda 4 bal gücündə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yanvarın 3-də, yerli vaxtla saat 07:51:33-də Pirquludan 15 km qərbdə, İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.
Mənbə: Milli.Az