Qadin.NET / Əsrimizin Robinzonu: 14 ay uzaq adada, tənha

Əsrimizin Robinzonu: 14 ay uzaq adada, tənha

 

Meksikalı Xose İvan dünyanın unikal insanlarından biri sayıla bilər. O, Sakit Okeandakı kiçik adada 14 ay tək qalıb və ölümdən qurtulmağı bacarıb.Balıqçılar İvanı xilas edəndən sonra o deyib: "Başıma gələnlərin çoxunu xatırlaya bilmirəm. Ağlımda olan yalnız dəniz, dəniz, dənizdir".Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Meksikadan Salvadora qayıqla yola düşən İvanın yanında dostu vardı. Lakin qayıq okeanda azıb və 4 həftə sonra İvanın dostu aclıqla susuzluqdan ölüb.
İvan isə kiçik Macuro adasına düşüb.Adada ondan savayı kimsə yoxdu və İvan 14 ay ərzində tısbağa, balıq və quşlarla qidalanıb.
"Yağış olmayanda susuzluqdan ölməmək üçün tısbağaların qanını içirdim. Tanrıya yalvarırdım ki, məni ölməyə qoymasın", - Marşall arxipelaqındakı kiçik adada qalmış və möcüzə nəticəsində qurtulmuş İvan söyləyib.
Xose İvan Marşall arxipelaqındakı Ebon atollunda, vulkanik adada idi.Xose Meksika sahillərindən aralanandan sonra 8 min dəniz mili qət edib və dreyf onu uzaq adaya aparıb.O, ilk baxışdan kökəlib. Fəqət, həkimlər deyirlər ki, bu saç-saqqal basmış adamın köklüyünə aldanmağa dəyməz: "Xose İvan çox uzun müddət ekstremal şəraitdə qaldığı üçün onun bədəni aclıq və susuzluqdan şişə bilər".Hərbi kater Xoseni xilas edərək Marşall adalarının paytaxtına aparandan sonra ABŞ-ın səfiri Tom Armbruster bu insanla görüşüb.
"Həkimlərin sözlərinə görə, Xosenin qan təzyiqi çox aşağıdır. Onun kök görünməyi də bizi aldatmamalıdır. Bu "Robinzon"un çox ciddi müayinə və reabilitasiyaya ehtiyacı var", - amerikalı səfir söyləyib.Meksika DİN-i bildirir ki, Xose İvan və onun dostu Qvatemala ilə sərhədin yaxınlığındakı Tapaçula şəhərindən okeana çıxıblar. Onlar Salvadora yollanırdılar. Lakin küləklər qayığı okeana aparıb və qayıq 4 həftə dreyfdə olub.
Mənbə: Milli.Az

 

3 fevral 2014
GO BACK