Bir neçə gün əvvəl Sayokan Dünya İdman Federasiyasının Azərbaycan təmsilçisi və Azərbaycan Sayokan İdman Federasiyasının prezidenti Vasif Namazovun hər iki vəzifəsindən istefa verməsi, onun ardınca isə Sayokanın tanınmış simalarından olan, Federasiyanın İdarə Heyətinin üzvü Həbib Ələkbərsoyun Federsiyadan imtina etməsindən sonra, bu idman qurumundan kütləvi istefaların olacağı barədə verilmiş proqnozlar özünü doğruldur. Belə ki, artıq Azərbaycan Soyakan Federasiyasından vitse-prezident Fərid Əlizadə, baş katib Eyyub Kamaloğlu, NTK sədri Kamil Yusubov da öz vəsifələrindən istefa veriblər. Bundan əlavə isə Kamil Yusifovun İdarə Heyətindən də imtina etdiyi bildirilir. Modern.az-a verilən məlumata görə, Federasiyanın eks-prezidenti, Sayokanın Azərbaycanda yaradıcısı Vasif Namazov İdarə Heyətindən də imtina edib.Sayokan Federasiyası bu istefalarla əlaqədar növbədənkənar toplantısını keçirib. Toplantıda Aqil Acalov Federasiyanın yeni prezidenti seçilb. Qeyd edək ki, Türk Döyüş Sənəti olan Sayokan Azərbaycanda maraqla qarşılanan bir əlbəyaxa döyüş növü və aktiv idman federasiyalarından biridir. Sayokanın uğurları isə əsasən Vasif Namazovun adıyla bağlı olduğu üçün, onun istefasının rəhbərliklə bərabər, filiallarda da öz fəsadını göstərəcəyi ehtimal olunur. Məlumata görə, Sayokanın dağılmasının qarşısını almaq üçün Vasif Namazov sayokançılara fəaliyyətlərini davam etdirmələri ilə bağlı müraciət edib. Lakin bu idmanın Azərbaycanda bundan sonrakı fəaliyyətinin uğurlu olacağına çoxları şübhə ilə yanaşırlar.
Mənbə: Milli.Az