Qadin.NET / Soyuqdəymənin qəniminə rəqib çıxdı

Soyuqdəymənin qəniminə rəqib çıxdı

 

Hesab edilir ki, C vitamini soyuqdəymənin qarşısını alır. Yalnız tədqiqatlar göstərdi ki, bunun elə də faydası yoxdur. Düzdür, xəstəliyin müddətini azaldır, ancaq vitaminin böyük dozası ürəkbulanma, diareya və mədə spazmları yarada bilir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, alimlər hətta jenşen, kamfora, evkalipt, mentol və antibiotiklərdən istifadəni də zərrəli sayıblar. Sink isə, əksinə, ilkin terapiyada böyük fayda verib. İbuprofen və parasetamol titrətməni aradan qaldırıb, bal boğaz ağrısının qarşısını alıb. Əllərin yuyulması isə xəstəliyin yayılmasının qarşısını alıb. Sinkə gəlincə isə onun effektivliyi təcrübədə sınanıb və "üzüağ" çıxıb. Uşaqlara hər gün 10 və ya 15 milliqram sink-sulfat tərkibli dərman verilib, onlar digərlərinə nisbətən daha az xəstələniblər. Həkimlər fikirləşirlər ki, sink böyüklərə də faydalı ola bilər. Böyük adam ildə 2-3 dəfə, 2 yaşdan aşağı uşaqlar isə 6 dəfədən çox soyuqdəymədən əziyyət çəkirlər. Bir qayda olaraq boğaz ağrısı, burun tutulması, öskürək və ümumi halsızlıq simptomları ilk 1-3 gün ərzində daha güclü olur, 7-10 gün çəkir. Bəzən xəstəlik 3 həftəyədək uzanır. 20 haldan yalnız birini bakteriya, əksəriyyətini isə virus törədir. Bunlarla antibiotiklərin köməyilə müalicə aparmaq olmaz.

Mənbə: Milli.Az

 

3 fevral 2014
GO BACK