Qadin.NET / Aspirini çox qınadılar

Aspirini çox qınadılar

 

Xoşxassəli şişlərə qarşı aspirinin effektiv müalicə apardığı müəyyən edilib.Eşitmə sinirinin nevrinoması ən çox yayılan kəllədaxili xoşxassəli şişdir. Milli.Az bildirir ki, amerikalı alimlər belə xəstəliyi olan 689 pasiyent üzərində tədqiqat aparıblar. Bunlardan 347 nəfər müntəzəm olaraq MRT-dən (maqnit-rezonans tomoqrafiya)  keçib. Aspirin tərkibli preparatın qəbulu ilə şişlərin ölçüsünün həcmi arasında mütənasiblik öyrənilib. Məlum olub ki, aspirin qəbul edərkən şişin böyümə sürəti 50% yavaşıyıb. Eyni zamanda pasiyentin yaşı və cinsi də bu statistikaya təsir etməyib.  Bu, sübut edir ki, asetilsalisil turşusu eşitmə sinirinin nevrinomasında tətbiq edilə bilər. Maraqlıdır ki, indiyədək dərman bazarına bu xəstəliyə qarşı dərman çıxarılmayıb, onun cərrahi yolla götürülməsi isə bir qulağın tamamilə kar olmasına və üz sinirinin zədələnməsinə səbəb olur.

Mənbə: Milli.Az

 

3 fevral 2014
GO BACK