Qadin.NET / Hormonal dərmanlar mədəni yıxır

Hormonal dərmanlar mədəni yıxır

 

Karolina İnstitutu xəbərdarlıq edir: hormonal terapiya bəzən kəskin pankreatit (mədəaltı vəzin iltihabı) yaradır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu menopauza dövrünü yaşamış 31500 qadının analizi ortaya çıxarıb. Onlardan bəziləri hormonal dərmanlar qəbul edib və bundan sonra kəskin pankreatit şikayəti ilə həkimə müraciət edib. Xüsusi model xəstəliyin inkişaf riskini hesablamağa imkan verib. Məlum olub ki, hormon qəbul edən qadınların 57%-də mədəaltı vəzin iltihabı riski kəskin artıb.

Mənbə: Milli.Az

2 fevral 2014
GO BACK