Qadin.NET / Bu illər hara getdi?

Bu illər hara getdi?

 

Bir çox sivilizasiyaların tarixində 618-ci ildən 911-ci ilədək olan zaman "itib". Yəqin çoxları bir dəfə də olsun özünə sual verir: vaxt hara gedir? Güman ki, o, dostla söhbət, yaxud iş zamanı hiss olunmadan keçib. Hərdən 1 saat 1 dəqiqə, həftə gün, il ay kimi görünür. 614-cü ildən 911-ci ilədək yaşayanların isə, yəqin, vaxtını "oğurlayıblar". Yəni o 297 il sanki heç olmayıbmış. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, dünyanın ən qədim təqvimi e.ə. 8000-ci ildə hazırlanıb. Müasir  Şotlandiyanın ərazisində yaşayan ovçu və yığıcılar Ay fazaları və il dəyişikliyini nəzərə alan primitiv təqvim yaradıblar. İnkişafı boyu hər sivilizasiya öz təqvimini yaradıb. Babilistan və Mayyadakı təqvimlərdə də Ay fazaları əsas yer tuturdu. E.ə. I əsrdə Roma imperiyası istibdad altına saldığı xalqlara öz təqvimini sırıdı. O, e.ə. 46-cı ildə Günəşin hərəkətinin əsasında yaradıldı. Orada 365 gün, 12 ay vardı. Yəni bu hamının gözəl tanıdığı Yustinian təqvimi idi. Bu təqvimdən Avropanın əksər ölkələrində təxminən 1600 il istifadə etdilər. 1582-ci ildə isə papa XIII Qriqori qriqorian təqvimi yaratdı. Onun üç səbəbi vardı: istəyirdi ki, Pasxa həmişə yaz gün barəbərliyi ilə üst-üstə düşsün; 10-günlük səhv getsin (Yulian təqvimində hər ildə 11 dəqiqə 14 saniyə çatmırdı); həmçinin "uzun il" (fevralın 29-u) qaydasını da dəyişmək lazım idi - yeni təqvimdə "artıq gün" problemi olmurdu. Bu qaydaları sonra kimsə dəyişmədi və nəticədə qriqorian təqvimindən günümüzdə də istifadə edirik. 

Alman tarixçisi Herbert İlliq 1911-ci ildə yeni bir hipoteza dərc etdi: ona inansaq, indi biz 2014-cü ildə deyil, 1717-ci ildə yaşayırıq, yəni 297 il harayasa yoxa çıxıb. Bu 297 il ya tarixi sənədlərin düzgün izah edilməməsi, ya da hansısa saxtalaşdırma ucbatından "itib". Əlbəttə, vaxtın bir hissəsi, doğrudan da itib: əsrlər boyu fərqli təqvimlərdən istifadə edilib, insanların səhvi qaçılmazdır. 
Papa XIII Qriqori doğrudan da səhv etmişdi, yalnız o, cəmi 13 gün itirmişdi, 297 il deyil. Ancaq 297 il, həqiqətən, sanki itib: eramızın 800-cü ilində inşa edilmiş tikililərin memarlığı 200 il sonrakı tikililərdən heç nə ilə fərqlənmir. Həmin dövr islamın Fars dövlətində və Avropada inkişafı barədə sənədlər yoxdur, həmin 297 il ərzində yəhudilərin də tarixi "susur".  
Ancaq buna baxmayaraq, Asiyada zaman itkisi nədənsə kimsəyə toxunmayıb: məsələn, Çində 618-ci ildən 907-ci ilədək Tan sülaləsi hökm sürüb, bu barədə yazılı sənədlər də var. Buna inanıb-inanmamaq Şaxta Babaya inanmaq kimidir. Ancaq bir şey bəllidir ki, hesablarda yanlışlıq var. 
Mənbə: Milli.Az

 

2 fevral 2014
GO BACK