Qadin.NET / Uşağın belində tük varsa

Uşağın belində tük varsa

 

Yeni doğulmuş körpənin kürəyindəki tük nevroloji sapıntılardan xəbər verir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, əgər uşağın bel bükümündə qəribə xallar, tük, yaxud dərisində zədələnmələr varsa, o zaman onun nevroloji probleminin olub-olmadığını yoxlatmaq lazımdır. Tayvan xəstəxanalarından birinə 3 yaşlı qız gətirilib. Valideynləri istəyirdilər ki, həkimlər onun kürəyinin aşağısındakı tükləri götürsünlər. 

Ancaq müayinə uşaqda diastematomieliya və sirinqomieliyanın olduğunu göstərdi. Birinci - onurğa beyninin ikiləşməsidir, daha doğrusu, onurğa beyninin hələ embrion dövründə birləşməmiş simmetrik hissələridir. İkinci isə getdikcə inkişaf edən xəstəlikdir, onun nəticəsində onurğa beynində boşluqlar əmələ gəlir. Üstəlik, həmin balaca qızın onurğa beyninin mayesinin axdığı da məlum olub. Həkimlər mayenin izlərini dəri üzərində aşkarlayıblar. 
Həkimlər təcili əməliyyat edərək qızı ömürlük şikəst olmaqdan xilas ediblər. Cərrah Taba Niazi isə bildirib ki, əgər yeni doğulmuş körpənin kürəyində tük çoxdursa, xüsusilə ayrıca adacıq kimi toplanıbsa, yaxud at quyruğu kimi sallanırsa, dəridə batıqlar, quyruğa bənzər çıxıntılar, sallanan nazik dəri hissələri varsa, onları mütləq müayinə etdirsinlər. 
Onurğa beyni zədəli olan uşaqların, demək olar ki, 80%-nin dərisində xarakterik ləkələr olur. İş burasındadır ki, sapmalar bədənin bir çox strukturlarına, əsəb sonluqlarına, əzələlərə, dəriyə və sümüklərə sirayət edə bilər. Müayinə üçün ən asan hissə isə dəridir. 
Mənbə: Milli.Az

2 fevral 2014
GO BACK