Qadin.NET / Qripi əlinizdə daşıyırsınız

Qripi əlinizdə daşıyırsınız

 

Cenevrədən olan mütəxəssislər müəyyən ediblər ki, qrip virusunun bir çox ştammları barmaq uclarında 30 dəqiqəyədək yaşaya bilir. Onlar həm barmaqların sahibini, həm də ətrafındakıları, üzlərinə, dodaqlarına, gözlərinə toxunarkən selikli qişaya düşməklə, yoluxdurur. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, tədqiqat zamanı könüllülərin barmaqlarının ucuna H3N2 və H1N1 qriplərinin viruslarını bulaşdırıblar. (Bilirsiniz ki, bütün dünya bu ştammlardan daha çox ziyan görüb). Sonra qripin "məskünlaşdığı ərazini" müxtəlif vaxt intervalı ilə test ediblər. H3N2 ştammı ilk 3 dəqiqə ərzində maksimal yoluxdurucu olub, H1N1 isə əllərdə 15 dəqiqə qalıb. 
Yarım saat sonra hər iki ştammın infeksiya təhlükəsi iki dəfə azalıb, ancaq əllərdə qrip əvvəlki kimi aktiv olub və həm əlin sahibini, həm də onun ətrafındakıları yoluxdurmaq qabiliyyətində olub. 
Odur ki, əllərinizi təmiz saxlayın, tez-tez yuyun, xəstələnməyin! 

Mənbə: Milli.Az

2 fevral 2014
GO BACK