Qadin.NET / Sürücülərə xəbərdarlıq

Sürücülərə xəbərdarlıq

 

Anspress yazır ki, yollardakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarənin məlumatına görə, Ağsu aşırımdan başqa, bütün avtomobil yollarında hərəkət bərpa edilib. Ağsu aşırımı ilə hərəkət isə tövsiyə olunmur. Bununla belə günorta saatlarında buz açıldığından bu istiqamətdə hərəkət etmək bir o qədər də çətin deyildi. 

2 gün yağan intensiv qar yolları bərbad vəziyyətə salsa da aşırımın yolları tam açıq vəziyyətdədir. İki gün ərzində yolun təmizlənməsinə 13 texnika cəlb edilib. 30 tona yaxın duz və qum Ağsu aşırımına səpilib. 
12 saylı yol istismar idarəsinin baş mühəndisi Eldar İsrafilov: “Texnika günün ikinci yarısından, sonra aşırımın yuxarı hissəsinə aparılaraq hər an yağan güclü qarın qarşısını almaq üçün hazır vəziyyətdə saxlanılır”.
Qeyd edək ki, yolların buz bağlaması səbəbindən ötən gün respublikanın avtomobil yollarında 13 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Mənbə: Milli.Az

2 fevral 2014
GO BACK