Qadin.NET / Cavan olmam bir də mən?

Cavan olmam bir də mən?

 

Bu gün Azərbaycanda Gənclər Günü 18 yaşına qədəm qoyur. Milli.Az bildirir ki, bu gün 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. 

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Bilirsiniz ki, əvvəllər 35 yaşınadək adamları gənc hesab edirdilər. Sonra isə bu hədd 25-ə düşdü. 
Elə adamlar var ki, hətta 70 yaşında özlərini cavan hesab edirlər, hətta cavanlar kimi davrananlar da var. 
Bəs siz, əziz oxucular, özünüzü hansı yaşda hiss edirsiniz? Yaşlı, yaxud gənc olmağın hansı üstünlükləri var? Yaşlıların cavanlar kimi davranmasını bəyənirsinizmi? Gənc yaşda nələri edib çatdıra bilmisiniz?
Mənbə: Milli.Az

 

2 fevral 2014
GO BACK