Qadin.NET / Dərmansız ilk yardım

Dərmansız ilk yardım

 

Bəzən insanın harasısa ağrıyanda nə edəcəyini, hansı dərmanı içəcəyini bilmir. Milli.Az Rusiya mətbuatına istinadən bəzi məsləhətləri təqdim edir.

Baş ağrısı
0,5 ç.q. zəncəfil tozu + azca qaynar su. Pasta halına gələnədək qarışdırıb alnınıza çəkin. Bir az yandıracaq, amma qorxulu deyil. 
Kürək ağrısı 
Eyni pastanı (zəncəfil tozu + qaynar su) kürəyinizə çəkin. 
Boğaz ağrısı
Adaçayını (şalfey) 1 stəkan qaynar suda dəmləyib qarqara edin. 
Sızanaq 
1 x.q. aloe şirəsi + 1/4 ç.q. sarıkök. Gündə 2 dəfə, dəriniz təmizlənənədək qəbul edin.
Ağızdan pis qoxu
Razyana toxumu çeynəyin. Əgər qoxu mədənizlə əlaqədardırsa, 1 st. qaynar suya 1 ç.q. üyüdülmüş hil, darçın və dəfnə yarpağı əlavə edib qarışdırın, soyudub için. 
Əzələ dartılması 
0,5 st. zəncəfil tozu və 0,5 st. sodanın qarışığını qaynar suya töküb 15 dəqiqə vanna qəbul edin. Ağrıyan yerə gündə iki dəfə isti pasta ilə kompres edin: 1 ç.q. üyüdülmüş zəncəfil + 1 ç.q. sarıkök + azca qaynar su. 
Şiş 
Xarici şişin üzərinə 2:1 nisbətində sarıköklə duz qarışığı səpin.  
Yuxusuzluq, narahat yuxu 
Axşam 1 st. isti südə 0,5 ç.q. muskat cevizi qatıb için. Yaxud 1 ç.q. qovrulmuş zirəni yetişmiş bananın lətiylə qarışdırıb yuxudan öncə yeyin. 
Yanıq 
1 çimdik sarıkökü aloe şirəsilə qarışdırıb üstünə çəkin. Yumurta ağı çəkmək, kartofu yuyub doğrayıb qoymaq da faydalıdır. Suluq yoxdursa, diş pastası çəkin, o zaman ləkə də qalmır. 
Soyuqdəymə
0,5 ç.q. zəncəfil və 1 ç.q. darçını yarım litr suda 10 dəqiqə qaynadın. Hər üç saatdan bir bal əlavə etməklə 1 st. için. 
Burun tutulanda 
Sarıkökü yandırıb tüstüsünü burnunuza çəkin. Bu, möhtəviyyatın daha tez axmasına səbəb olacaq. 
Həmçinin bərabər ölçüdə darçın, qara istiot, hil tozu, zirə tozunun qarışığını da burnunuza çəkməklə onu aça bilərsiniz. 
Sağlam olun! 

Mənbə: Milli.Az

2 fevral 2014
GO BACK