Qadin.NET / Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb

Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb

 

İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibiMehdi Kərrubi 3 il Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən naməlum yerdə ev dustaqlığında saxlandıqdan sonra ötən gün öz şəxsi evinə köçürülüb. 

Bunu Mehdi Kərrubinin oğlu Məhəmməd Təqi Kərrubi öz şəxsi facebook səhifəsində yazıb. Trend bildirir ki, bu barədə sahamnews.org xəbər portalı məlumat verir.
"Axır ki, 3 ildən sonra atam Təhlükəsizlik qüvvələri ilə yanaşı və eyni təhlükəsizlik standartları ilə ev dustaqlığını davam etdirmək üçün Tehranın Camaran bölgəsində yerləşən öz şəxsi evinə köçrülüb", - deyə Məhəmməd Təqi Kərrubi öz facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Mehdi Kərrubinin evinin birinci mərtəbəsində yerləşiblər.
Məlumata əsasən, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi açıq məhkəmədə mühakimə olunmasını tələb edir.
2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən İran müxalifətinin liderlərindən olan, "Etimade-Milli" partiyasının baş katibi M.Kərrubi və Mir Hüseyn Musəvi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlandığı gündən "Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub.

Mənbə: Milli.Az

2 fevral 2014
GO BACK