Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə az qar yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Temperatur gecə 7-10° şaxta, gündüz 0-3° şaxta, Bakıda gecə 7-9° şaxta, gündüz 1-3° şaxta olacaq.Atmosfer təzyiqi normadan xeyli yüksək 780 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Gecə və səhər yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacaq.
Temperatur gecə 5-10°, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti təşkil edəcək.Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 13-18°, gündüz 2-7° şaxta təşkil edəcək.Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti təşkil edəcək.Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 6-11°, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20°, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta təşkil edəcəkdir.Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir qar yağacağı gözlənilir.Temperatur gecə 13-18°, gündüz 3-7° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
Mənbə: Milli.Az