Nissan şirkəti yeni nəsil krossover “Murano”-nu təqdim etməyə hazırlaşır. Yenilik haqqında rəsmi təfərrüatların bildirilməməsinə baxmayaraq, Carscoops nəşriyyatı insayderlərdən aldığı məlumat sayəsində bəzi məlumatları açıqladı.Milli.Az Auto.az-a istinadən bildirir ki, hər şeydən əvvəl “Nissan Murano”-nu dizayn dəyişikliyi gözləyir. Əsas kimi 2013-cü ildə Detroyt avtosalonunda göstərilən konsept “Nissan Resonance” götürüləcək.Krossover “Qashqai və Pathfinder”-in üslubunda tanış görünüş alacaq. Onu xarakterik radiator barmaqlığı və vertikal gündüz hərəkət işıqları ilə tanımaq olar. “Nissan Murano”-nun salonu da dəyişəcək – orada yaxşılaşdırılmış bəzək materialları və NissanConnect multimediya sistemi də meydana gələcək.Texniki təfərrüatlara gəldikdə isə yeni nəsil “Nissan Murano” “Pathfinder, Maxima və Altima” modelləri ilə ümumi platformada düzəldiləcək. Krossoverin kapotunun altında 270 a.g. verən 3,5 litrlik altısilindrli mühərrik yerləşəcək. Lakin hibrid versiyasının da meydana gəlməsi istisna olunmur.Ən cəsarətli fərziyyələrə görə, yeni “Nissan Murano”-nu artıq 2014-cü ildə avtosalonlardan birində göstərə bilərlər. Lakin yeniliyin prezentasiyasının rəsmi yeri hələlik gizli saxlanılır.
Mənbə:Milli.Az