Qadin.NET / Çinlilər Motorola-nı aldılar

Çinlilər Motorola-nı aldılar

 

 

Ötən həftə Çinin Lenovo Group şirkəti IBM-in server biznesinin bir hissəsini satın alıb. Bu gün isə Çin şirkəti 2,91 milyard dollara Motorola Mobility şirkətini satın alıb. Bildiyimiz ki, 2011-ci ildə Google şirkəti 12,1 milyard dollara Motorola Mobilityni satın alıb, hazırda isə 2,9 milyard dollara satıb. Nə üçün? Ona görə ki, Google şirkəti Motorola Mobilitynin geniş patent siyahısını deyil, istehsalını və onun brendini satıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, IBM ilə saziş bağlanması elan edildikdən sonra Lenovonun səhmlərinin qiyməti artmışdısa, lakin Motorola Mobilitynin satın alınması sazişi müsbət nəticə göstərməyib: Lenovonun səhmlərinin qiyməti 16% azalıb. Google şirkəti ilə sazişin şərtlərinə əsasən, Çin şirkəti 1,41 milyard dolları nağd və səhmlərlə ödəyəcək, 1,5 milyard dollar isə möhlətlə üç il ərzində ödəniləcək.Tərəflərin bəyanatına əsasən, Google şirkəti Motorola Mobilitynin patent portfoliosunun çox hissəsini özündə saxlayır.
Mənbə:Milli.Az
3 fevral 2014
GO BACK