Qadin.NET / Qripdən necə qorunaq?

Qripdən necə qorunaq?

 

İlin soyuq aylarında insanlar arasında qrip xəstəliyinə daha çox rast gəlinir. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov deyir ki, 7 növ qrip vurusu var. Onlar ağır infeksiya daşıyıcısına görə fərqlənir. Qrip xəstələrində daha çox halsızlıq, zəiflik, üşütmə halları müşahidə edilir: "Qrip virusu hava damcı yolu ilə yayılan virus infeksiyasıdır. Qrip virusları adətən A, B və digər tiplərə bölünür. Halsızlıq, zəiflik yuxarı tənəffüs yollarının kataral dəyişiklikləri, üşütmə, titrətmə əlamətləri ilə ortaya çıxır". Niyaz Hüseynov məsləhət görür ki, qripə yoluxmamaq üçün çoxlu miqdarda mayenin qəbulu önəmlidir. Yataq rejiminə diqqət yetirilməlidir. Otağın havası mütəmadi şəkildə dəyişilməlidir. Həmçinin immuniteti gücləndirən vitaminlərdən istifadə də vacibdir. Həkim onu da deyir ki, qış fəslində vətəndaşların nazik paltarlar geyinməsi də xəstəliklərə yol açır. 

Mənbə: Milli.Az

1 fevral 2014
GO BACK