Qadin.NET / Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?

Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?

 

He kim şübhə etmir ki, internet ünsiyyət üçün əla şərait yaradıb. Xüsusilə də əvvəllər heç tanımadığımız insanlarla. Milli.Az Day.Az saytına istinadən bildirir ki, heç vaxt küçədə tanış olmağa özündə cəsarət tapmayan adamlar sosial şəbəkədə özlərini çox sərbəst hiss edirlər. Canlı auditoriya qarşısında fikirlərini ifadə edə bilməyən insanlar burada sərbəst şəkildə statuslar paylaşırlar. Sosial şəbəkədəki ünsiyyətin mənfi cəhətləri də var. Bu da həmsöhbətin zəhlətökənliyidir. Bu cür insanları küçədə və ya telefonda bir neçə kəlmə söz deməklə özünüzdən kənarlaşdıra bilirsinizsə, internetdə həmin şəxslər daha da həyasızlaşırlar. Bu cür insanların ünsiyyət mədəniyyəti, sözsüz ki, ürək açan deyil. Xüsusilə də xanımla ünsiyyətə girməyə çalışan belə şəxslər daha da əsəb pozucu olurlar. Müxtəlif sahələr üzrə öz xidmətlərini təklif etməklə ürək bulandırırlar. Bundan başqa, özlərinin hansısa şəkilini "like" eləməyə, özlərinin də çəkildiyi video çarxa baxmağa dəvət edənlər də var. Bu cür davranışlar qıcıq yaratmaqla yanaşı, bəzən neqativ əhvala səbəb olur. Kim bezdirici həmsöhbətlə danışmaq istər ki? Bu cür davranışları tək güclü cinsin nümayəndələri deyil, xanımlar da nümayiş etdirirlər. 

Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular? 

Mənbə: Milli.Az

1 fevral 2014
GO BACK