Qadin.NET / Yaponiya Urmiya gölünun quruması ilə mübarizəyə qoşulur

Yaponiya Urmiya gölünun quruması ilə mübarizəyə qoşulur

 

"Yaponiya mütəxəssisləri bu gün Urmiya gölünün vəziyyəti ilə tanış olmaq üçün Qərbi Azərbaycan bölgəsinə səfər edəcək və Urmiya gölünə baxış keçirəcək". Bunu İranın Qərbi Azərbaycan əyalət başçısının müavini Hadi Bahaduri deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.Bahaduri bildirib ki, İran və Yaponiyanın arasında razılıq əldə olunub ki, bu ölkənin mütəxəssisləri Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımi işlər görsünlər.Bahaduri deyib ki, Yaponiyadan gələn mütəxəssislər Urmiya gölünün quruma səbəblərini və onun nicatı üçün təsiredici yolları araşdıracaqlar.Qeyd edək ki, Urmiya gölünün sahəsi təqribən 6 min kvadratkilometrdir. Köçəri quşların mqirasiyası zamanı göl onların müvəqətti sığınacaq yeri olur. Davamlı quraqlıq səbəbindən göl dayazlaşır ki, bu da regionun flora və faunaya təsir göstərir.Urmiyada 32 milyard kubmetr su olmalıdır, lakin hazırda gölün suyu yarıyadək azalıb.

İran hökuməti 2011-ci ilin sentyabrında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.

Mənbə: Milli.Az

1 fevral 2014
GO BACK