Qadin.NET / Dişləri təbii yollarla necə ağartmalı?

Dişləri təbii yollarla necə ağartmalı?

 

Dişlərinizin inci kimi olmasını yalnız kimyəvi maddələrlə deyil, təbii və əlinizin altındakı yeməklərlə də təmin edə bilərsiniz
Qəbul etdikləri qidalardan, siqaret və tünd içkilər səbəbindən dişlər öz bəyazlığını itirir. Çoxları bu zaman stomatoloqlara müraciət edirlər. Onlar isə ya kimyəvi vasitələrlə, yaxud da, dişlərin saralmış üst qatını yonmaqla dişləri ağardırlar. Bu zaman da dişlərin emal qatı zədələndiyi üçün müxtəlif problemlər meydana çıxır. Milli.Az anspress-ə istinadən təbii yollarla dişlərinizi necə ağarda biləcəyiniz haqqında məlumatı təqdim edir. Dişlərinizin inci kimi olmasını yalnız kimyəvi maddələrlə deyil, təbii və əlinizin altındakı yeməklərlə də təmin edə bilərsiniz.
Çiyələyi dişlərinizə sürtsəniz, ya da ancaq bir ovuc çiyələk belə yesəniz, dişlərinizin üzərində ləkələr meydana gəlməsinə maneə törədəcək. Ancaq sonra ağzınızı mütləq yaxalayın. Çünki çiyələyin içərisində olan turşu və şəkər uzun müddət qaldığında, diş minasına zərər verə bilər.
Portağal qabıqlarının iç tərəfi dişlərin ağardıcısı olaraq bilinər. Quru portağaldan əldə edəcəyiniz məcunu isə diş fırçası köməyiylə dişlərinizə tətbiq edə bilərsiniz. Bu əməliyyatı həftədə bir-iki dəfə təkrarlasanız, fərqi görəcəksiniz.
Limon suyu yalnız saçlarınızın rəngini açmaqda deyil, dişlərinizi ağartmada da təsirlidir. Ancaq əlbəttə, bu tərifi çox sıx tətbiq etməməniz lazımlıdır. Əks halda diş minanız zərər görəcək və çürümək üçün əlverişli bir hala gələcək.
Alma sirkəsi də limon suyu kimi dişləri ağartmaq üçün istifadə edilə bilər. Karbonatla qarışdırılıb, dişlərə sürtüldüyündə alma sirkəsi diş pastası funksiyasını yerinə yetirəcək. Sərt meyvə və tərəvəzlər alma, kök, gül kələmi, armud və digər sərt qida maddələri dişləri təmizləyər, ləkələrin yox olmasını təmin edir. Meyvələr və tərəvəzlər içərisindəki təbii liflər ağızda tüpürcək ilə birləşdiyində, dişlərin arasında qalmış olan yemək artıqlarını və ləkə edən bakteriyaları təmizləyər.
Mənbə: Milli.Az

 

1 fevral 2014
GO BACK