İtaliya təmsilçisi “Latsio” “Çelsi”nin hücumçusu Qayl Kakutanı icarəyə götürüb. Apasport.az-ın xəbərinə görə, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Sözləşməyə görə, 22 yaşlı futbolçu cari mövsümün sonuna qədər yeni komandasının şərəfini qoruyacaq. Qeyd edək ki, Fransa millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış etmiş gənc forvard 2007-ci ildə ölkəsinin “Lans” klubundan İngiltərə təmsilçisinə keçib.
Mənbə: Milli.Az