Qadin.NET / Hava haqqında - 01.02.2014

Hava haqqında - 01.02.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə və səhər 4-6° şaxta, gündüz 1-3° şaxta, Bakıda gecə və səhər 4-6° şaxta, gündüz 1-3° şaxta təşkil edəcək.
Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Havanın temperaturu gecə 13-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir.Havanın temperaturu gecə 4-7° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 5-10° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq. 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 7-12° şaxta, gündüz 3-7° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Mənbə: Milli.Az

1 fevral 2014
GO BACK