Qadin.NET / Təbii meyvə şirələri şəfa mənbəyidir

Təbii meyvə şirələri şəfa mənbəyidir

 

Alimlər sübut ediblər ki, meyvə şirələri 1001 dərdin dərmanı ola bilər. Anspress-in məlumatına görə, şirəsini çəkmək üçün genetik modifikasiyaya uğramış gözəl görünüşlü yox, məhz çürük qurdlu meyvələri almaq lazımdır. Təbii onların şirəsini çəkərkən təmizləmək lazımdır. Bilməlisiniz ki, meyvədə əgər qurd varsa, deməli, o meyvə vitaminlə zəngindir və geni dəyişilməyib.

Qreyfrut şirəsi yuxusuzluğu və yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin S ilə zəngindir. İmmuniteti artırır. 
Alma şirəsi ağ ciyəri və böyrəkləri təmizləyir. Bu şirə dəmirlə zəngindir. Bu səbəbdən qan-damar sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır. Alma iştah açır. Yeməkdən qabaq içiləndə iştahı artırır. Ancaq geni dəyişilmiş alma yox, bazarda satılan çürük, qurdlu almanı alın. Vitamin onlardadır.
Albalıya qırmızı rəngi verən "antosiyanın" maddəsi hüceyrə yeniləmə, yəni antioksidant xüsusiyyətinə sahibdir. Bu səbəbdən gündə bir stəkan albalı suyu içmək bədənin gündəlik antioksidant ehtiyacını qarşılayır. Ürək və damar narahatlıqlarından xərçəngə qədər, xəstəlik riskini azaltmağa köməkçi olan vişnə, əzələ ağrılarının yüngülləşdirilməsi, yaddaşın inkişafı və çəki tənzimləmə kimi mövzularda da təsirli olur. Sidik qovucu xüsusiyyətləri mədə və qaraciyərin nizamlı olaraq işinə köməkçi olur. Albalı suyunu dadlandırmaq üçün nanə yarpağı istifadə edə bilərsiniz.
Nar suyunun prostat vəzidə xərçəng hüceyrələrinin inkişafına mane olduğu müəyyənləşib. Həmçinin nar suyu prostat xərçənginin sümüyə keçməsinin də qarşısını alır.

Mənbə: Milli.Az

31 yanvar 2014
GO BACK