Qadin.NET / Nabrana yarım metrdən çox qar yağıb

Nabrana yarım metrdən çox qar yağıb

 

Şimal bölgəsində ən çox yağıntı Xaçmaz rayonunun Nabran ərazisinə düşüb.Milli.Az Regional TV-yə istinadən bildirir ki, Quba regional hidrometreologiya idarəsindən verilən məlumata görə, burada qarın hündürlüyü 52 sm-dir. Quba-Qusar rayonlarına 18, Siyəzənə 24 sm qar yağıb. Xınalıqda temperatur mənfi 19, Ləzədə 18, Qrızda isə 19 dərəcədir.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komisiyyasının sədri Yetkin Mehmanovun RTV-yə bildirib ki, elektrik təsərrüfatında bəzi problemlər yaranıb. “Həmin problemlərin həll edilməsi istiqamətində işlər aparılır. Elektrik enerjisində yaranan fasilələrin aradan qaldırılması üçün briqadalar çalışır. Ümumilikdə rayonda ciddi problem yoxdur”.
Quba rayon fövqəladə hallar komissiyasının sədri Yusif Abdidovun sözlərinə görə, rayonun elektrik təchizatında ciddi problemlər yoxdur.Quba 5 saylı yol istismar idarəsinin sədri Aydəmir Manafov Bakı-Quba-Rusiya federasiya magisrtal yolunun idarənin xidmət etdiyi istiqamətdə maşınların hərəkətinin təmin olunduğunu bildirib. 
“Yol bağlanmayıb. Səhərə qədər ərazidə texnika işləyib. Rayon digər ərazilərində, xüsusilə kənd yollarında təmizləmə işlərində çətinliklər var”.
Mənbə: Milli.Az

 

31 yanvar 2014
GO BACK