Qadin.NET / Azərbaycanda şaxtalar nə vaxta kimi davam edəcək?

Azərbaycanda şaxtalar nə vaxta kimi davam edəcək?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq, mülayim şimal-şərq küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın temperaturu gecə və səhər 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.Azərbaycan rayonlarında da fevralın 1-də qar yağacaq, şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 şaxta proqnozlaşdırılır. Dağlarda gecə 13-18, gündüz 3-8 dərəcə şaxta gözlənilir.

Fevralın ilk günlərində Azərbaycanda şaxtalı, qarlı hava şəraiti davam edəcək.

Mənbə: Milli.Az

31 yanvar 2014
GO BACK