Qadin.NET / Bakıda bu ünvanlarda çovğundan qorunmaq olar

Bakıda bu ünvanlarda çovğundan qorunmaq olar

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxt Bakıda müvəqqəti sığınacaqlar təşkil edib. Anspress-in məlumatına görə, nazirlik tərəfindən təşkil edilən sığınacağlar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11;
2. Nəsimi rayonu, Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi 69;
3. Nizami rayonu, "Xalqlar Dostluğu" metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118;
4. Xətai rayonu, Bakı kinoteatrının qarşısı, Sarayev küçəsi 20;
5. Yasamal rayonu, Xiyabani küçəsi 211.
Məlumat əldə etmək üçün 142 etimad telefonuna müraciət etmək olar. Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq.
Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.

Mənbə: Milli.Az

31 yanvar 2014
GO BACK