Qadin.NET / Hava haqqında - 31.01.2014

Hava haqqında - 31.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.Gecə və gündüz 1-3°, axşam 5°-dək şaxta, Bakıda gecə və gündüz 1-3°, axşam 5°-dək şaxta olacaq.Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 783 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperatur gecə 5-10°, dağlıq ərazilərdə 10-14°, gündüz 0-5° şaxta təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Çovğun olacağı ehtimalı var.Temperatur gecə 5-10°, gündüz 2-7° şaxta təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Çovğun olacağı ehtimalı var.Temperatur gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Çovğun olacağı ehtimalı var.
Temperatur gecə 5-10°, gündüz 0-5°, dağlarda gecə 10-15°, gündüz 5-10° şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Çovğun olacağı ehtimalı var.Temperatur gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Çovğun olacağı ehtimalı var.Temperatur gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 4-8°, gündüz 0-4° şaxta təşkil edəcək.
Tibbi-meteoroloji xəbərdarlıq

 Yanvarın 31-də çox əlverişsiz olan güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 1-i və 2-də gecə saatlarında güclü şaxtalar zamanı uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Mənbə: Milli.Az

31 yanvar 2014
GO BACK