ABŞ-ın San-Fransisko şəhərində keçirilən Qış Xüsusi Qida və İçkilər Sərgisində dünyanın 30-dan çox ölkəsini təmsil edən 1 300 şirkətlə yanaşı, Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar da nümayiş etdirilib.Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) ABŞ-dakı nümayəndəliyi tərəfindən sərgi iştirakçılarına Azərbaycanda istehsal olunan nar, heyva, alma və üzümdən çəkilmiş təbii meyvə şirələri, o cümlədən narşərab nümayiş olunub. Bu sərgi ABŞ-da keçirilən ən böyük beynəlxalq sərgilərdən hesab olunur.Qeyd edək ki, Azpromo-nun dəstəyi ilə Azərbaycanın “Azersun Holding” və “Aznar” müəssisələrinin “Grante” və “Saville” əmtəə nişanları altında istehsal olunan məhsulları ABŞ-ın bir sıra ştatlarında meyvə və tərəvəz emalı üzrə ixtisaslaşmış mağazalarda alıcılara təklif olunur. Bununla yanaşı, yaxın vaxtlarda “AzGranata” və “Balacans” müəssisələrinin istehsalı olan qida və içki məhsullarının da ABŞ bazarına çıxarılması planlaşdırılır.
Mənbə: Lent.Az