Qadin.NET / Lexus LF-NX belə olacaq?

Lexus LF-NX belə olacaq?

 

Avtomobil Analitikləri Cəmiyyətinin konfransında "Toyota" Şimali Amerika ofisinin rəhbəri Cim Lentsin çıxışı zamanı göstərilmiş Lexus LF-NX krossoveri seriya versiyasının təsvirləri internetdə yayılıb. Daha əvvəl məlumat verildiyi kimi bu modelin premyerası yazda Genevrə avtosalonunda nəzərdə tutulub.Keçən payız yapon şirkəti eyni dizayn, amma müxtəlif güc qurğularıyla iki konsept göstərmişdi. Frankfurtda NX300h hibridinin 2,5-litrlik benzin aqreqatı və elektrik mühərriki ilə prototipi, Tokioda isə 2,0-litrlik turbomühərriklə NX200t adlanacaq avtomobil təqdim edilmişdi. Gözlənilir ki, seriya LF-NX yayda satışa daxil olacaq və Range Rover Evoque kimi modellərlə alıcı uğurunda rəqabət aparacaq.
Mənbə: Milli.Az
30 yanvar 2014
GO BACK