Yeni sportkarın prototipi banisi keçmiş yarışçı Antuan Bessett olmuş gənc Kanada şirkəti Felino tərəfindən təqdim edilib. İlk model cB7 adlandırılıb və yüngül və nisbətən ucuz idman avtomobili kimi təqdim edilir. Maşının sınaqları bu ilin yayında başlanacaq, satışa isə yeni avtomobil 2015-ci ilə az qalmış çıxmalıdır. Kanadada Felino cB7 100 000 Kanada dollarına satılacaq və bu da 89 500 ABŞ dollarına bərabərdir.Avtomobil aqressiv dizayna malikdir. Uzun kapotun altında Chevrolet Corvette-dən 525 at gücü hasil edən 6,2-litrlik V8 mühərriki gizlənir
Mənbə: Milli.Az