“Xəzər Lənkəran”ın yolunu gözlədiyi braziliyalı Elias Ribeyro de Oliveyra Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, müqavilə ilə Braziliyanın “Atletiko Paranaense” klubuna məxsus olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi saat 05:00 radələrində paytaxtımızda olacaq.Eliasın tibbi baxışdan keçdikdən sonra “Xəzər Lənkəran”la müqavilə bağlayacağı gözlənilir.Qeyd edək ki, “ağ-yaşıllar” qış fasiləsində Vyekoslav Tomiç, Slavik Alxasov, Orxan Əliyev, Tyeqo və Deyan Blajevskini transfer edib.
Mənbə: Milli.Az