Qadin.NET / Belçikalı futbolçu Zaqatalada

Belçikalı futbolçu Zaqatalada

 

"Simurq" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Milli Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Antalyadakı qış təlim-məşq toplanışında baxışdan uğurla keçən Lambot Benjamin Edouardla 1+1 sistemli müqavilə imzalayıb. Belçikalı yarımmüdafiəçi bu gün Zaqatala təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. 26 yaşlı futbolçu komandanın heyətində 19 nömrəli forma geyinəcək.  Qeyd edək ki, Benjaminin son klubu “Lierse” olub .

 

Mənbə: Milli.Az

30 yanvar 2014
GO BACK