Quartz nəşri yazır ki, Intel şirkəti mobil qurğular üçün internetə qoşulmadan işləyən səs köməkçiləri hazırlayır.Milli.Az ICTnews-a istinadən bildirir ki, səs köməkçiləri Intel prosessorları ilə işləyən qurğular üçün nəzərdə tutulacaq. İstifadəçinin səs sorğularının tanınması və emalı məsələsi prosessorlara həvalə ediləcək.Köməkçilər üçün proqram təminatını Intelin adı açıqlanmayan tərəfdaşı yazacaq, lakin Quartz nəşri tərəfdaşın Nuance Communications olduğunu hesab edir.Nuance nitqin tanınması sistemlərini hazırlayır. Qeyri-rəsmi məlumatlara görə, şirkətin texnologiyaları Apple qurğularında əlçatan olan Siri səs köməkçisində istifadə olunur.Həm Siri, həm də Android platformasına quraşdırılmış Google Now səs köməkçisi üçün internetə qoşulma lazımdır, çünki sorğular uzaq serverdə emal edilir; lakin Googleun həllində internetsiz işləyən səs daxil etmə xidməti var.Intel şirkəti səs texnologiyalarını yanvarda təqdim etdiyi Jarvis qurğusunda sınaqdan keçirib. Cihaz prototipdir və daxili səs köməkçisinə malik smartfonlar üçün qarnitur təşkil edir.
Mənbə: Milli.Az