"Valensiya" klubu "Barselona"nın sabiq futbolçusu Seydu Keytanı transfer edib.Qol.az-ın məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.Mali yığmasının üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Lakin futbolçunun çıxışdan asılı olaraq bu müqavilənin daha bir illiyinə uzadıla biləcəyi iddia olunur.Qeyd edək ki, peşəkar karyerasına Fransada başlayan Keyta "Marsel", "Loryan" və "Lans" klublarında forma geyinib. Daha sonra "Barselona"ya transfer olunan 34 yaşlı futbolçu bu komandanın heyətində 14 titul qazanıb. Keytanın son komandası isə Çinin "Dalyan Aerbin" klubu olub.
Mənbə: Milli.Az